Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi

Özbəkistan 7 ölkə ilə viza rejimini ləğv etdi
Oxunma sayı: 2216

Özbəkistan aralarında Türkiyənin də olduğu 7 ölkə ilə olan viza rejimi tətbiqinə son qoyub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə prezident Şövkət Mirziyoyev tərəfindən “Özbəkistanda turizmin inkişaf etdirilməsi üçün müsbət şəraitin təmin edilməsinə” dair sərəncam verilib.

Qərara əsasən, 10 fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqi ləğv edilib. Həmin ölkələrin vətəndaşları viza tələb edilmədən 30 gün müddətində Özbəkistanda səfərdə ola biləcəklər.

Bundan başqa, 1 iyuldan etibarən “e-viza” sisteminə də keçid olacaq.

Qeyd edək ki, prezident Mirziyoyevin ötən ilin oktyabrında imzaladığı sərəncam ilə Türkiyə, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, İsveçrə, Çexya, Latviya, Malayziya, Yaponiya və Tayland vətəndaşları üçün asanlaşdırılmış viza rejimi tətbiqi başlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi