Özbəkistan prezidenti azərbaycanlı iş adamını təltif edib

ozbekistan-prezidenti-azerbaycanli-is-adamini-teltif-edib
Oxunma sayı: 1983

Prezident Şavkat Mirziyoyev Özbəkistanın müstəqilliyinin 27-ci ildönümü ilə əlaqədar iş adamı Vahid Ələkbərovu təltif edib.

“Qafqazinfo” xəbər verir ki, “Lukoyl” şirkətinin sahibi V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və ölkənin karbohidrogen resurslarından istifadənin effektliyini artırmaq istiqamətində verdiyi töhfələrə görə “Dostluq” ordeninə layiq görülüb.