Özcan Dənizdən “xəyanət” iddialarına cavab - “Ailəm niyə orada olduğumu bilir”

Özcan Dənizdən “xəyanət” iddialarına cavab
Oxunma sayı: 1716

Xəbər verdiyimiz kimi, özündən 20 yaş kiçik Feyza Aktanla evlənməyə hazırlanan türkiyəli müğənni Özcan Dənizin sevgilisini keçmiş sevgilisi Busə Narcı ilə aldatdığı iddia edilib.

“Qafqazinfo” Posta-ya istinadəın xəbər verir ki, Ö.Dəniz və B.Narcı Maslak səmtində otellərdən birində gizlicə görüşdüyü bildirilmişdi.

B.Narcıdan sonra Ö.Dəniz də sosial mediada açıqlama yayaraq xəbəri təkzib edib:

“Bu gün haqqımda çıxan xəbər həqiqət deyil. Hər kəsin girib-çıxdığı yeri “otel” adlandırıb, təhlükəsizlik kamerası görüntüləri montajlanaraq düzəldilib. Oranın hara olduğu və niyə orada olduğum ailəm tərəfindən bilinən və gizli olmayan məlumatdır. Mən də, ailəm də bu xəbərin üstündə dayanmırıq”.

Qeyd edək ki, Ö.Dəniz B.Narcı ilə 1,5 illik münasibəti bitirdikdən sonra Feyza Aktanla sevgili olmuşdu. Hazırda F.Aktan hamilədir. Cütlüyün bu yaxınlarda evlənəcəyi bildirilirdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi