Özcan Dənizə ağır itki

ozcan-denize-agir-itki
Oxunma sayı: 3351

Türkiyəli müğənni, aktyor və rejissor Özcan Denizin atası dünyasını dəyişib.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, ifaçının atası Sadıq Dəniz 1 ildir mübarizə apardığı xərçəng xəstəliyindən vəfat edib.

O, bir neçə ay idi ki, xəstəxanada müalicə alırdı.

Xatırladaq ki, 30 mayda ata olan Ö.Dəniz atasının yeni doğulan körpəni görməsi üçün həyat yoldaşını Sadıq Dənizin müalicə aldığı xəstəxanaya yerləşdirmişdi.

Qeyd edək ki, Ö.Dəniz illər öncə həyat yoldaşını və 7 uşağını tərk edən S.Dənizlə uzun illər danışmamışdı. Nəhayət 2006-cı ildə onunla barışmış, daha sonra sahibi olduğu “DNZ Prodakşn”ın başına gətirmişdi.