Özcanla xanımının ayrılıq səbəbi məlum oldu

ozcanla-xaniminin-ayriliq-sebebi-melum-oldu
Oxunma sayı: 2554

Müğənni-aktyor Özcan Deniz və Feyza Aktanın ayrılmalarının təfərrüatları ortaya çıxıb. “Qafqazinfo”nun “Hürriyet” qəzetinə istinadən məlumatına görə, ayrılığa səbəb xəyanət olub. 

Qeyd olunub ki, Feyza bir neçə həftə bundan əvvəl Özcanın telefonunda başqa xanımdan yazılan mesajlarla rastlaşıb. Həyat yoldaşından açıqlama tələb edən F. Aktanla müğənni arasında mübahisə yaranıb. Bundan sonra cütlük boşanmaq barədə qərara gəlib. 

Özcan vəkili vasitəsilə İstanbul 8-ci Ailə Məhkəməsinə müraciət edib. Çəkişməli məhkəmə prosesi mətbuata qapalı keçiriləcək.

İddia olunur ki, hər iki tərəf övladı Kuzeyin qəyyumluğunu öz üzərinə götürmək istəyir. Həmçinin, onlar mülk bölgüsü barədə ortaq qərara gələ bilməyiblər. 

Qəzet onu da yazır ki, Feyza oğlunun Özcanla görüşməsinə icazə vermir.