“Özlərinə hörmət qoymurlar” - Nigar əsəbiləşdi

ozlerine-hormet-qoymurlar
Oxunma sayı: 3613

Azərbaycanın tanınmış müğənnisi Nigar Camal instaqramın canlı yayımına qoşularaq izləyicilərinin suallarını cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi hazırda İngiltərədə olduğunu, özünə Londonda biznes qurduğunu bildirib.  Nigar deyib ki, bu yaxınlarda Miri Yusiflə yeni duetini təqdim edəcək:

“Sual verirsiz, amma Eldarla (red: Eldar Qasımov) duetim olmayacaq. Belə bir fikrimiz yoxdur. Bu yaxınlarda Miri Yusiflə mahnımızı təqdim edəcəyik”.

N. Camal suallara cavab verən zaman bir neçə izləyicinin söyüşü ilə qarşılaşıb.   O əvvəlcə şərhləri görməzlikdən gəlib, daha sonra təhqirlərə cavab verib:

“Ay, Allah sizə ağıl versin. Həmin adamı indi qara siyahıya atacam. Dəhşətsən, axmaq! Hələ burda yazıblar ki, söyüş söyəndə nə olur ki? Gəlin sizə də söyüş yazsınlar. Görüm xoşunuza gələcək? Deyəsən onların ana-bacısı yoxdur. Özlərinə hörmət qoymurlar. Söyüş söyən ermənidir”