“Özlərini ən çox baxılan, müstəqil hesab edən kanal...” - Prezidentin köməkçisi

ozlerini-en-cox-baxilan-musteqil-hesab-eden-kanal
Oxunma sayı: 2817

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov  Euronews telekanalını ittiham edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında yazıb:

“Euronews bir neçə gün bundan əvvəl Myanmada baş verən hadisələri "müasir zamanın ən böyük qaçqın böhranı" adlandırdı. Bu çox yaxşıdır və düzdür. Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib”.