“Ozmo” və “ETİ” məhsulları qadağan olunub?

ozmo-ve-eti-mehsullari-qadagan-olunub
Oxunma sayı: 4320

Qida Təhlükəsizliyi Agentliyi son günlər ölkəyə idxal olunan bəzi şirniyyat məhsullarının satışdan çıxarılması məsələsinə aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, qurumun sözçüsü M. Piriyev qeyd edib ki,  “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur: “Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. 

Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir”. 

Günel Türksoy