“Özümü bu qələbənin memarı kimi görmürəm”

ozumu-bu-qelebenin-memari-kimi-gormurem
Oxunma sayı: 1643

Xəbər verdiyimiz kimi, Dünya Çempionatının açılış matçında Rusiya millisi Səudiyyə Ərəbistanı yığmasını 5:0 hesabı ilə darmadağın edib. Matçda 1 qol və 2 assistlə damğa vuran rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Moskva ÇSKA-sında çıxış edən 22 yaşlı futbolçu qələbə barədə fikirlərini bölüşüb:
 
“Özümü bu qələbənin memarı kimi görmürəm. Komanda şəklində yaxşı oynadıq. Səudiyyə Ərəbistanını macərapərəst komanda olduğunu bilirdik və bundan yararlandıq”.
 
Qolovin adının “Yuventus”la hallanmasına da münasibət bildirib:
 
““Yuventus”un mənimlə maraqlanmasından qürur duyuram və buna çox sevindim. Ancaq indi Dünya Çempionatına köklənmişəm. “Yuventus”da yaxşı futbolçular var. Ən çox Paulo Dibalanı bəyənirəm. Çox yaradıcı futbolçudur”.