“Özümü hər zaman bu partiyanın sırasında hiss etmişəm”

ozumu-her-zaman-bu-partiyanin-sirasinda-hiss-etmisem
Oxunma sayı: 644

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq mənim üçün şərəfdir. Özümü hər zaman bu partiyanın sırasında hiss etmişəm. Amma bu gün rəsmi olaraq partiyanın üzvlük vəsiqəsini sahib oluram”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə Xanbabayeva yanvarın 13-də YAP-ın mərkəzi ofisində sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimində deyib. Zülfiyyə Xanbabayeva bu mühüm addımın onun məsuliyyətini birə on qat artırdığını bildirib və partiyaya yeni daxil olan həmkarlarımı təbrik edib.

Yap.org.az