Özümüzü diskomfort hiss edəcəyik

ozumuzu-diskomfort-hiss-edeceyik
Oxunma sayı: 643

Axşam havanın tutulacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 25-i gündüz və 26-da rütubətli, küləkli hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Nigar Məmmədli