“Özün yemirsən, camaatı da yedirmirsən” - Putinə lətifə danışdılar + Video

ozun-yemirsen-camaati-da-yedirmirsen
Oxunma sayı: 4143

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Mərkəz-2019” hərbi təlimlərinin keçirildiyi Donquz poliqonunda prezident Vladimir Putinə lətifə danışıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, lətifə orduda qidalanma ilə bağlı olub. Gerasimov deyib: “Komandir görür ki, əsgərləri yemək yemir və buna səbəb olan aşpazı yanına çağırır. Bu zaman arıq ərzaq təchizatı müdiri gəlir. Komandir ona baxıb deyir: özün yemirsən, camaatı da yedirmirsən”.

Lətifə Putinlə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun gülüşünə səbəb olub.