Özündən 10 yaş kiçik ərindən ayrıldı, xeyli çəki atdı

ozunden-10-yas-kicik-erinden-ayrildi-xeyli-ceki-atdi
Oxunma sayı: 3770

55 yaşlı Rusiya müğənnisi Lolita Milyavskaya xeyli çəki atması ilə diqqət çəkib.

“Qafqazinfo”nun “Cosmpolitan”a istinadən məlumatına görə, ifaçı bunu 44 yaşlı həyat yoldaşı, skvoş üzrə məşqçi Dmitri İvanovdan ayrılması ilə əlaqələndirib.

“Ərimdən ayrılanı yemək bişirmirəm”, - deyə Milyavskaya bildirib.

Həyat yoldaşı ilə ayrılmaq qərarına gələn ifaçı Bolqarıstanın kəndlərinin birinə istirahətə yollanıb.

“Məni həmişə orada Botsman (it-red.), həyət və məndən başqa heç kimin çimmədiyi hovuz gözləyir. İnanın, bu, Maldivdə istirahət etməkdən daha yaxşıdır”, - Lolita əlavə edib.