Özündən 16 yaş böyük sevgilisini öldürən oğlanla bağlı - Rəsmi açıqlama

ozunden-16-yas-boyuk-sevgilisini-olduren-oglanla-bagli-resmi-aciqlama
Oxunma sayı: 648

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərib, baxış zamanı meyit həmin ərazidə aşkar edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.