Özündən 20 yaş kiçik sevgilisini öldürənin məhkəməsi başladı

Özündən 20 yaş kiçik sevgilisini öldürənin məhkəməsi başladı
Oxunma sayı: 762

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 6-da davam etdiriləcək.

Ali təhsilli və ailəli olan C.Mustafayev 2012-ci ildə adam bıçaqlamağa görə 3 il həbsdə yatıb. 

Həbsdən çıxdıqdan sonra 1989-cu il təvəllüdlü Raziyyə Verdiyeva ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar. Onların hazırda 1 azyaşlı övladları var. Cinayət də həmin uşağa görə baş verib. R.Verdiyeva aralarında soyuq münasibət yaranan C.Mustafayevin uşaqla görüşünü əngəlləyib. Buna görə də mübahisə zamanı R.Verdiyevi bıçaqlayıb. Onun həyatını xilas etmək mümkün olub. R.Verdiyeva paytaxtdakı barların birində işləyib.

Murad Əhməd

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi