Özündən 22 yaş böyük iş yoldaşını öldürdü - Qanlı cinayət

ozunden-22-yas-boyuk-is-yoldasini-oldurdu
Oxunma sayı: 2855

Samux rayonunda qətl hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.
 
Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə  kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
R. Məhərrəmov saxlanılıb.
 
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.