Özündən 25 yaş böyük kişini bıçaqlayaraq öldürdü

ozunden-25-yas-boyuk-kisini-bicaqlayaraq-oldurdu
Oxunma sayı: 1273

Dekabrın 8-də Quba rayonu, İkinci Nügədində yaşayan 1961-ci il təvəllüdlü Heybət Heybətov qarnından və kürəyindən bıçaqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, H.Heybətov Quba Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini 1986-cı il təvəllüdlü Mehman Balayev saxlanılıb.

Dekabrın 10-da H.Heybətov müalicə olunduğu xəstəxanada vəfat edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.