Özündən çox divardakı saatı müzakirə olundu - Foto

ozunden-cox-divardaki-saati-muzakire-olundu
Oxunma sayı: 5820

Avstraliyanın tanınmış modeli Emili Hembrounun İnstaqram hesabındakı son paylaşımı geniş müzakirəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, övladı ilə fotosunu paylaşan 27 yaşlı ana gözləmədiyi reaksiya ilə üzləşib. Belə ki, şəklin çəkildiyi otaqda saatın əyri asılması izləyicilərin gözündən qaçmayıb.

Modelin fanatları onun paylaşımına “Sən heyranedicisən, amma... Saat niyə baş-ayaq asılıb?”, “Sənin saatına nə olub?”, “Emili, saat neçədir?” və s. şərhlər yazıb.

Bir neçə dəqiqədən sonra izləyicilərinə cavab verən Emili saatın hansı səbəbdən əyri asılmasından xəbərsiz olduğunu deyib. Kiçik araşdırmadan sonra bəlli olub ki, doğrudan da, modelin bundan əvvəlki paylaşımlarında saat əyri olmayıb. Fanatların bir qismi kiminsə modellə zarafat etdiyini, digər qismi isə onun rum rəqəmlərindən anlayışı olmadığını düşünüb.