Özünə Allah adı qoyan şəxs həbs olundu

ozune-allah-adi-qoyan-sexs-hebs-olundu
Oxunma sayı: 2242


ANS PRESS-in məlumatına görə, Türkiyədə istifadə etdiyi "Twitter" hesabındakı fəaliyyəti səbəbilə Ertan P. adlı bir müəllim Muş prokurorluğu tərəfindən cəzalandırılıb.

Muş Sülh Cəza Məhkəməsi təqsirləndirilən şəxsi "Twitter"də "Allah CC" adını istifadə etdiyi və yazdığı mesajlarla "xalqın bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq-aşkar alçaltma" günahına görə 15 ay həbs cəzası verib. 

O, bu hesabla insanlara qarşı Allah, peyğəmbər və müqəddəs mələklərin adlarından istifadə edərək təhqiredici, alçaldıcı sözlər yazıb.

Qeyd edək ki, təqsirli bilinən Ertan P. geniş izləyici kütləsi olan həmin hesabı başqasından "hack" yolu ilə əldə etdiyini bildirib.