Özünü 15-ci mərtəbədən atan tələbənin son - statusu

ozunu-15-ci-mertebeden-atan-telebenin-son-statusu
Oxunma sayı: 668

Hadisə bu gün axşam saat 18.00 radələrində Babək prospekti 10, mənzil 60 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumlarıgilə qonaq gələn, 19 yaşlı Rəhimov Həbib Sucəddin oğlu özünü 15-ci mərtəbədən ataraq intihar edib.

Gün.Az hadisəylə bağlı yeni məlumat əldə edib. İntihar edən 19 yaşlı Həbib Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 2-ci kursunda təhsil alırmış. Dostlarının dediyinə görə, Həbibin dini fikirlərində fərqlilik olub. Bu səbəbdən o tez-tez dostlarıyla mübahisə edirmiş. Son zamanlar isə Həbib tamamən təkliyə qapılmış və fikirləri daha da sərtləşibmiş.

Mərhumun şəxsi “facebook” səhifəsinə nəzər yetirdikdə isə məlum oldu ki, Həbib ölümündən bir neçə dəqiqə öncə 2 status yazıb. O statusuna “Ölüm mənalı deyil, sadəcə sonuncudur” və “Hamınızı çox sevirəm. Amma artıq mən yaşaya bilməzdim, sağ olun” yazıb. Bundan bir neçə dəqiqə sonra isə o intihar edib.

19 yaşlı Həbib 2 gün öncə isə “Çox uğursuz həftə keçirdim. Həyatımın ən böyük planını reallaşdıra bilmədim” deyə status yazıbmış. Statusa gələn şərhlər isə daha maraqlı olub. Dostları bunu dinlə əlaqələndiriblər və onu İslama çağırıblar. Bundan başqa o “Həyatda yalan və doğru yoxdur” deyə status da yazıb. Maraqlıdır ki, mərhum ona yazılan şərhlər çox qısa cavab yazıb: “Sizin heç biriniz məni düzgün başa düşə bilmirsiz”.

Bundan başqa mərhum belə bir status da yazıb: “Yaxşı ki, yaxşı oğlanlar dininə, inancına görə dəyər vermirlər insana. Yoxsa bununla da uğraşmaq vardı...”

Statuslardan belə anlaşılır ki, Həbib ölümünü daha öncədən planlaşdırıb. Çünki o 11 noyabr tarixində Masallıda olarkən ölümünün mesajını verib: “Bəlkə bu yerlərə bir də gəlmədim, bir də gəlmədim”

Ölümündən sonra dostları Həbibin profilinə son sözləri yazıblar...

Qeyd edək ki, 3 gün sonra Həbibin 19 yaşı tamam olacaqdı. O Masallıda dəfn ediləcək. Allah rəhmət eləsin...