Özünü 6-cu mərtəbədən atdı, amma...

ozunu-6-cu-mertebeden-atdi-amma
Oxunma sayı: 656

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Naxçıvanski 64 ünvanında yaşayan 16 yaşlı Əsmər Zaynalova 9-mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə düşüb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qızın ehtiyatsızlıq nəticəsində yıxılması və ya intihar etməsi araşdırılır.

Nizami RPİ-nin 24-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, Ə.Zeynalova özünü öldürmək məqsədilə binadan atıb.

Ə.Zeynalovanın orta məktəb şagirdi olduğu bildirilir.