Özünü Bilgəh bağlarında öldürdü

ozunu-bilgeh-baglarinda-oldurdu
Oxunma sayı: 2506

Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Bilgəh bağlarında həyət evində yaşayan 1965-ci il təvəllüdlü İmanov Fikrəddin Məlikheydər oğlu özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Bildirilir ki, 53 yaşlı F.İmanovun əsəb sistemində problemlər varmış.