Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu - Foto

Özünü “DTX-nin idarə rəisi” kimi tanıdan şəxs tutuldu
Oxunma sayı: 5491

Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

“Qafqazinfo” DTX-yə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

E.Alıyev cinayət məsuliyyətinə cəlb edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi