Özünü göydələndən atan tələbənin “Facebook” şeirləri

ozunu-goydelenden-atan-telebenin-facebook-seirleri
Oxunma sayı: 3512



“Qafqazinfo”nun məlumatına görə, mərhum öz adına Facebookda şeir səhifəsi açıb. Həmin səhifədə 23.04.2013 tarixində paylaşdığı şeirlərdən parçaları təqdim edirik: 


Dəryanın içində boğuluram mən

Elə hey soruram özümözümdən

Bu fani dünyanın yoxmu xəbəri? 

Ac qalıb,əl açıb pay dilənəndən

***

Sükutumdur yol yoldaşım,

Sükutda donub göz yaşım,

Dözümlə bitmir savaşım,

Məni özümlə tək qoyun.

***

Həyatda əbədi izlər buraxan,

Güclüye güc verən, zəifi yıxan,

Qəbir evinə kimi yandırıb yaxan,

Qadasın aldığım gənclik çağıdır.

Qeyd edək ki, tələbə oğlan sevdiyi qıza olan məhəbbətini özünü ona fəda etməklə sübut edib. Milli.az saytının xəbərinə görə, o, özünü özünü kirayə yaşadığı binanın 17-ci mərtəbəsindən atıb.  Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında “Hər şey sənə görədir. Məni yaşamağa qoymadın” məzmunlu sözlər yazılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Cəlilabad rayonundan olan M.Kazımov seyiddi. 

Xatırladaq ki, Mirnemət Kazımov “facebook”da məlumat bölməsinə nişanlı olduğunu yazıb.