Özünü güllələyən əsgərlə bağlı yeni xəbər

ozunu-gulleleyen-esgerle-bagli-yeni-xeber
Oxunma sayı: 1747


Xəbərdə bildirilirdi ki,  hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb və Müdafiə Nazirliyinin əsgəri 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Sumqayitxeber.com saytına daxil olan məlumata görə əsgər 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. Məlumatda bildirilir ki, əsgərin özünü vurması ilə bağlı xəbər yalandır.  Silah Nazim Hamlet oğlu Zahirovda yox, əsgər yoldaşında olub və O əsgər yoldaşının əlində olan silahdan açılan atəş nəticəsində yaralanıb.

1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov hazırda hospitala yerləşdirilib və müalicəsi davam edir.