Özünü kənddəki ağacdan asdı

ozunu-kenddeki-agacdan-asdi
Oxunma sayı: 637

Balakəndə intihar olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.
 
Kənd sakini, 1990-cı il təvəllüdlü Müşfiq Mehdi oğlu Şirinov kənd ərazisində ağacdan özünü asıb. M. Şirinovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
 
Faktla bağlı Balakən rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.