Özünü kirayə qaldığı evdə asdı

ozunu-kiraye-qaldigi-evde-asdi
Oxunma sayı: 647

Şabran rayonunda intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo”nun Sputnik Azərbaycan-a istinadən məlumata görə, əslən Quba rayonundan olan, amma müvəqqəti yaşamaq üçün Şabran rayonunda kirayə mənzildə qalan Məmmədova Səma Famil qızı bu gün səhər saatlarında intihara cəhd edib.

1993-cü il təvəllüdlü S.Məmmədova yaşadığı evin damından kəndirlə özünü asıb. Ailəsinin köməyi ilə onun həyatını xilas etmək mümkün olsa da, xəstənin vəziyyəti orta ağırdır.

Şabran Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə ora gətirilən zaman huşunu itirmiş vəziyyətdə olub. Son anda həkimlər onun həyatını xilas edə biliblər. İndiyə qədər xəstə heç kəslə söhbət etməyib. Onun nəyə görə özünü asdığı məlum deyil.

Şabran Rayon Polis şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.