Özünü körpüdən atmaq istəyən gənc xilas edildi- - Yenilənib

ozunu-korpuden-atmaq-isteyen-genc-xilas-edildi-
Oxunma sayı: 1701


“Qafqazinfo” xəbər verir ki, musavat.com-un şahidlərə istinadən verdiyi məlumata görə, körpünün üstünə çıxan kişi özünü atmaqla hədələyir.

Hazırda hadisə yerinə polis əməkdaşları, FHN xilasediciləri, təcili tibbi yardım briqadaları cəlb olunub. İntihara cəhdin motivi hələlik məlum deyil.

***
Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

APA-nın xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və polis gəlib. 

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb və körpüdən endirilib. 

İntihara cəhd edən şəxsin 1986-cı il təvəllüdlü Abbasov İlkin Eldar oğlu olduğu müəyyənləşib. 
Onun intihara cəhdinin səbəbi barədə hələlik məlumat yoxdur. 

İ. Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb.