Özünü öldürmək istədi, binanı partlatdı - Fotolar

ozunu-oldurmek-istedi-binani-partlatdi
Oxunma sayı: 1766

Dünən Almaniyanın Vuppertal şəhərində 4 mərtəbəli yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisənin səbəbi isə bu gün məlum olub.

Məlumata görə, 54 yaşlı bir şəxs özünü öldürmək istəyərkən binanın əsas qaz borusunu zədələyib və nəticədə partlayış olub. Hadisə nəticəsində 24 nəfər yaralanıb.

Həmin şəxs partlayışdan sonra intihar fikrindən daşınsa da, cinayətə təşəbbüs maddəsi ilə həbs edilib.