Özünü qatarın altına atdı

ozunu-qatarin-altina-atdi
Oxunma sayı: 645

Ağstafa rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağstafa stansiyasının ərazisində Tovuz sakini 1988-ci il təvəllüdlü Fətəli Yaqubov özünü Qazax rayon istiqamətinə hərəkət edən Baxı-Qazax qatarının altına atıb.

Yaqubov hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.