Özünü Türkiyə vətəndaşı kimi təqdim edib cinayət törətdi

ozunu-turkiye-vetendasi-kimi-teqdim-edib-cinayet-toretdi
Oxunma sayı: 1160

Noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxs taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramovun avtomobilinə əyləşərək əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına gedib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki,  Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan “Ayhan” pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı T.İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

Murad Əhməd