Özünü yandıran Qarabağ qazisi öldü- - Yenilənib

ozunu-yandiran-qarabag-qazisi-oldu-
Oxunma sayı: 5520


“Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a jurnalist Rey Kərimoğlu məlumat verib. Az sonra geniş məlumat və şəkillər verəcəyik.

Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, iddia edirdi ki, deputat Səttar Mehbalıyev tərəfindən obyekti əlindən alınıb, bu səbəbdən də etiraz olaraq özünü yandırıb.

Son dəqiqə: Səhiyyə nazirliyi ölüm xəbərini təkzib edən açıqlama yayıb. musavat.com-un müxbiri hazırda xəstəxanadadır.

***

Musavat.com-un xəstəxanadakı müxbiri faktı təsdiq etdi. Qarabağ qazisi Zaur Həsənov 5 saylı xəstəxanada dünyasını dəyişib. O bildirib ki, hazırda səhiyyə nazirinin müavinləri, Qarabağ qazilərini özündə birləşdirən təşkilatların təmsilçiləri xəstəxanadadırlar.