Özünü yandıran qız peşman olduğunu dedi

ozunu-yandiran-qiz-pesman-oldugunu-dedi
Oxunma sayı: 2263


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bədəninin 80% faizə qədərinin yandığını bildirən həkimlərin rəyinə görə, onun həyatda qalması möcüzə ola bilər. Çox çətinliklə danışan Məlakə Bayramlı əməkdaşımıza özünü yandırmasından peşmançılıq keçirdiyini, bu qədər əzab və ağrılar çəkəcəyini əvvəlcədən düşünmədiyini bildirib. 

Bir dəfə əməliyyat olunan Məlakə Bayramlı sabah yenidən əməliyyata hazırlanır. 

Məlakə Bayramlı ilə yaxın münasibətləri olan Əli Həbibli haqqında "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. 

Respublika Baş Prokurorluğundan evlənəcəyi barədə vəd verən Əli Həbiblinin iş üzrə şübhəli şəxs qismində saxlanıldığı bildirilir.