Özünü yandırma aksiyasından sonra həbslər başladı

ozunu-yandirma-aksiyasindan-sonra-hebsler-basladi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, “Reuters”agentliyi xəbər verir ki, həbslər mayın 27-də iki buddust rahibin özünü yandırmasından sonra bu gün həyata keçirilib.

“Azad Asiya” radiostansiyasının məlumatına görə, mayın 27-də regionda iğtişalar dalvası başlayıb. 600 nəfərdən artıq insanın saxlanıldığı xəbər verilir. Xəbər verilir ki, xarici jurnalislərin Tibetə getməsi qadağan olunub.

“Azad Asiya” radiostansiyası xəbər verib ki, mayın 30-da Tibet sakini Çinin Sıçuan əyalətində özünü yandırıb.

Qeyd edilir ki, Çin hakimiyyət orqanları Tibetin müstəqilliyi üçün özünü yandıran sakinləri terrorçu adlandırıb, baş verənlərə görə Dalay-lamanı və başqa Tibet xadimlərini ittiham edib.

Xəbər verilir ki, özünü yandıran iki rahibdən biri ölüb, ikinci rahib isə yaşayır.

2011-ci ilin martından bu yana Çin hakimiyyətinə etiraz olaraq 35 tibetli özünü yandırıb. Bu sakinlərdən 27 nəfəri ölüb.