“Paket” maaş alanlara bəd xəbər

paket-maas-alanlara-bed-xeber
Oxunma sayı: 4931


“Qafqazinfo”  xəbər verir ki, bu sözləri sosial şəbəkədə iqtisadçı ekspert Rəşad Həsənov yazıb. Ekspert bildirib ki, müxtəlif hesablamalara görə günümüzdə ölkədə təxminən 50-65 min nəfər 200-30000 manat arası paket şəklində maaş alır:”Ümumiyətlə isə hər ay bu yolla bazarlara təxminən 70-85 milyon manat, il ərzində isə orta hesabla 950 milyon manat vəsait daxil olur. Hazırda isə paketlərin azaldılması və əksər hallarda ləğv edilməsi bazarları bu vəsaitlərdən məhrum edəcək. Nəticədə daxili tələbatın azalması, real sektorun daralması kimi neqativ hallar baş verəcək. Eyni zamanda bu bazarlarda “nağd pul”qıtlığına yol açacaq. Paket gəlirlərin bir maraqlı xüsusiyyəti isə ondan ibarət idi ki, insanlar bu pulları daha rahat şəkildə, çəkinmədən xərcləyirdilər. Yəni bu gəlirlər çoxlarının gözündə “zəhmətsiz gəlir” statusunda idi. Bundan başqa bu qrupa daxil olan insanlar öz məişət həyatlarını paket gəlirlərinə uyğunlaşdırıb, müxtəlif kredit-borc öhdəlikləri götürüblər ki, paketin kəsilməsi sonda problemli borcların da həcminə mənfi təsir edəcək. Amma bu həmçinin, paketçilər üçün sınaq anı da hesab edilə bilər. Çünki, dünənədək paketin ilhamlandırdığı bu insanlar bu gün sadəcə milyonlarla digər vətəndaşın yaşadığı maddi sıxıntılarla razılaşacaqlarmı, yoxsa...”

Günel