Pakistan İran PUA-sını vurdu

pakistan-iran-pua-sini-vurdu
Oxunma sayı: 645

Pakistanın İrana məxsus pilotsuz uçan aparatı (PUA) vurub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli media hökumət mənbələrinə istinadən məlumat yayıb.

İnsident Belucistan əyalətində qeydə alınıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ölkənin cənub-qərbində İrana məxsus PUA-nı vurub.

Pakistan Hava Qüvvələri isə məsələyə dair açıqlama verməyib.