Pakistanda 12 məktəbə hücum olub

pakistanda-12-mektebe-hucum-olub
Oxunma sayı: 883

Pakistanın Gilgit Baltistan şәhәrindәki 12 mәktәbә hücum edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ölkәnin şimalındakı Gilgit Baltistan şәhәrinin Çilas vә Diamer bölgәsindә dünәn gecә saatlarında namәlum şәxslәr 12 mәktәbә hücum ediblər.

Mәktәb binalarına ciddi ziyan verәn tәcavüzkarlar bәzi mәktәblәri dә yandırıb. İki mәktәbdә isә partlayışın olduğu bildirilir.

Hücum edənlərin kimliyi araşdırılır. Onların hücumunun məqsədi hələlik məlum deyil.

Qeyd edәk ki, Gilgit Baltistan bölgәsindә son 10 il әrzindә 1500 mәktәbә hücum edilib.