Pakistanda 300 silahlı təslim oldu

pakistanda-300-silahli-teslim-oldu
Oxunma sayı: 1215

Pakistanın Bəlucistan əyalətində 300 silahlı şəxs hökumət qüvvələrinə təslim olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 17 nəfərin silahlı qruplaşmaların idarəedicilərindən olduğu açıqlanıb.

Bu, bölgədə bu vaxta qədər təslim olan ən böyük qrup olub. Son 1 ildə isə 2000 silahlı təslim olub.

Qeyd edək ki, Pakistan 42 faizini əhatə edən Bəlucistan vilayətini ayırmaq niyyətində olan Bəlucistan Qurtuluş Ordusu, Bəlucistan Qurtuluş Cəbhəsi və Bəlucistan Cümhuriyyət Ordusu silahlı qruplaşmaları hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərirlər.