Pakistanda avtomobil partladılıb - 26 ölü, 49 yaralı

pakistanda-avtomobil-partladilib
Oxunma sayı: 638

Pakistanın Pəncab ştatının paytaxtı Lahor şəhərində terrorçu-kamikadze bomba ilə yüklənmiş avtomobili partladıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terakt zamanı 26 nəfər ölüb, 49 nəfər isə yaralanıb.

Ştatın səhiyyə naziri Salman Rafiq açıqlamasında bildirib ki, terror aktı şəhərin ən işlək yerlərindən Fərəzəpur küçəsində, ştatın baş naziri Şahbaz Şərifin ofisinin yaxınlarında baş verib.

Onun sözlərinə görə, ölənlər arasında 8 polis əməkdaşı da var. Yaralananlardan 10 nəfəərin vəziyyəti isə ağırdır.

Hücumu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.