Pakistanda kilsəyə hücum - 5 nəfər ölüb

pakistanda-kilseye-hucum
Oxunma sayı: 768

Dekabrın 17-də Pakistanın Kvetta şəhərində kamikadzenin protestant kilsəsinə hücumu nəticəsində beş nəfər həlak olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hadisəni törədən iki terrorçudan birini polis zərərsizləşdirib, digəri isə kilsənin içərisinə girərək özünü partladıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.