Pakistanda mədəndə uçqun, 7 nəfər ölüb

pakistanda-medende-ucqun-7-nefer-olub
Oxunma sayı: 707

Pakistanın Bəlucistan əyalətində kömür mədənində baş verən uçqunda azı yeddi mədənçi ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uçquna ötən gün baş verən partlayış səbəb olub. Partlayışın səbəbi isə hələ də bilinmir. 

İnsident zamanı mədəndə 13 işçi olub, lakin sadəcə yeddisinin öldüyü təsdiqlənib.  

Hazırda digər mədənçilərin axtarışı davam etdirilir.