Pakistanda məsciddə partlayış - 5 ölü, 15 yaralı

pakistanda-mescidde-partlayis
Oxunma sayı: 1073

Pakistanın Kvetta şəhərində məsciddə partlayış baş verib. “Qafqazinfo” “ANI” agentliyinə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib, 15 nəfər yaralanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb məsciddə yerləşdirilən bomba olub. Onu binaya daxil olan ziyarətçilərdən biri işə salıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Cinayətkarların axtarışları davam etdirilir.

Partlayışa görə məsuliyyəti hələ heç bir ekstremist qruplaşma öz üzərinə götürməyib.