Pakistanda partlayış - 10 ölü, 14 yaralı

pakistanda-partlayis
Oxunma sayı: 650

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

İnsident nəticəsində 10 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar xəstəxanay yerləşdirilib.

Yerli polis nümayəndəsi Əbdül Razzaka Şimanın sözlərinə görə, yaralılardan 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayış baş vermə səbəbləri hələki məlum deyil.