Pakistanda partlayış - 12 nəfər öldü

Pakistanda partlayış
Oxunma sayı: 511

Pakistanda partlayış törədilib.

"Qafqaiznfo" xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində 12 nəfər ölüb, xeyli sayda yaralı var. Partlayış "Avami" (ANP) milli partiyasının iclası zamanı terrorçu-intiharçı tərəfindən törədilib.

Partiya "Taliban" hərəkatı əleyhinə çıxışları ilə tanınır. 

Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi