Pakistanda partlayış - 7 nəfər öldü

pakistanda-partlayis
Oxunma sayı: 779

Pakistanda məscid yaxınlığında partlayış baş verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Bəlucistan əyalətinin Çaman şəhərində baş vermiş terror nəticəsində azı 7 nəfər ölüb. Partlayış ibadət zamanı törədilib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri cəlb olunub. Yaralılar haqda hələlik məlumat yoxdur.