Pakistanda partlayışda ölənlərin sayı 173 olub

pakistanda-partlayisda-olenlerin-sayi-173-olub
Oxunma sayı: 641

Pakistanda yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 173 olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 152 nəfərin öldüyü açıqlanmışdı. 37 yaralı isə hazırda xəstəxanalarda müalicə alır. 

Qeyd edək ki, yanğın ötən gün Pəncab əyalətində baş vermişdi. Yerli sakinlər aşan tankerdən yola dağılan yanacağı toplamağa çalışıb. Gözlənilmədən partlayan tanker çoxsaylı insan təlafatına səbəb olub.