Pakistanda partlayışda ölənlərin sayı 20-yə çatıb

Pakistanda partlayışda ölənlərin sayı 20-yə çatıb
Oxunma sayı: 285

Pakistanda terrorçu-kamikadzenin Pişəvər şəhərinə hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb, 62 nəfər yaralı var.

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl 12 nəfərin öldüyü açıqlanmışdı. 

Xatırladaq ki, partlayış ötən gün gecə saatlarında Avami Milli Partiyasının toplantısı zamanı baş verib. Partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Ölənlər arasında partiyanın lideri Harun Bilur və oğlu olub. 

Pakistan ərazisindəki heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi