Pakistanda Kəraçi şəhərindən Peşavara hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər yaralanıb.
Qatarın 8 vaqonu relsdən çıxıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Digər qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.