Pakistanda qorxunc qəza - 17 ölü, 15 yaralı + Video

pakistanda-qorxunc-qeza
Oxunma sayı: 1629

Pakistanın Bəlucistan vilayətinin Hub bölgəsində sərnişin avtobusu neft tanker ilə toqquşub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, toqquşmadan sonra avtobus yanıb. Hadisə nəticəsində 17 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları gönləndirilib.

Qəzanın səbəbi araşdırılır.