Pakistanın Pəncab vilayətinin Bahavalpur şəhərində yanacaqdaşıyan tanker partlayıb.
“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, tanker yolda hərəkətdə olarkən idarəetmədən çıxıb və aşıb.
Ətrafdakı insanlar sürücüyə yardım etmək və yoldakı yanacağı təmizləmək üçün hadisə yerinə toplaşıblar. Bu zaman tanker anidən alışaraq partlayıb. Nəticədə 140 nəfər ölüb, 100 nəfər isə yaralanıb.
Hadisə zamanı yoldakı 6 maşın və 74 motosiklet də yanıb.
Şahidlərin sözlərinə görə, bir neçə nəfər yanacaq çəninin yaxınlığında siqaret çəkirmiş. Yanğına bunun səbəb ola biləcəyi deyilir.